Malayziyaya məxsus təyyarənin vurulması Qərblə Rusiya arasında ziddiyyətləri daha da dərinləşdirib. Eyni zamanda qəza həm də Ukraynanın özündə gərginliyi artırıb.Ukrayna parlamentində təyyarə qəzası ilə əlaqədar dava-dalaş düşüb.Müxalifətin Regionlar partiyasının deputatı Nikolay Levçenko hökuməti ölkənin şərqində xalqa qarşı müharibə aparmaqda günahlandırıb.Bu, digər deputatları qəzəbləndirib və müxalifətdən olan deputata qarşı zor işlədilib.