Parlamentdə deputat Elmar Məmmədyarovla bağlı çağırış etdi - “İstefa versin!”

Parlamentdə deputat Elmar Məmmədyarovla bağlı çağırış etdi - “İstefa versin!”
SİYASƏT
13:47 30.03.2018
5434
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb.

BakuPost xəbər verir ki, çağırışı 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda deputat Fəzail Ağamalı edib. O bildirib ki, XİN Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. 

"Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”, - deyə millət vəkili qeyd edib.
OXŞAR XƏBƏRLƏR