Parlamentin yeni mətbuat katibi AzTV-nin aparıcısıdır

Parlamentin yeni mətbuat katibi AzTV-nin aparıcısıdır
SOSİAL
12:06 05.05.2020
947

Milli Məclisdə aparılan kadr dəyişiklikləri parlamentin Mətbuat xidmətindən də yan keçməyib.

 

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad olunub.

 

Milli Məclisin sədri Sahibə Qafarova bu barədə müvafiq sərəncam imzalayıb.

 

Parlamentin yeni mətbuat katibinin adı da açıqlanıb. Spikerin digər sərəncamı ilə Elnar Məmmədli Milli Məclisin mətbuat katibi təyin olunub.

 

Qeyd edək ki, Elnar Məmmədli bu təyinatadək AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tuturdu...

 

Modern.az saytı Milli Məclisin yeni mətbuat katibi Elnar Məmmədlinin tərcümeyi- halını təqdim edir:

 

Elnar Baləhməd oğlu Məmmədov (Elnar Məmmədli) 26 may 1978-ci ildə Neftçala şəhərində anadan olub. 1985-1995-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbində orta təhsil alıb. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr və 1999-2001-ci illərdə isə magistr pilləsində təhsil alıb. 1998-ci ildə Fransa Respublikasının Paris şəhərində yerləşən CİES- Xarici Tələbələrin və Stajçıların Tədris Mərkəzinin tabeliyindəki CİFAP departamentində "Xüsusi jurnalistika” ixtisası kurslarında oxuyub. Daha sonra BBC-nin Bakıda təşkil etdiyi xüsusi televiziya jurnalistikası kurslarını müvəffəqiyyətlə bitirib.

 

1996-cı ildən AzTV ilə əməkdaşlıq edən Elnar Məmmədli 1998-ci ildə dövlət televiziyasının "Xəbərlər” baş redaksiyasının "Xarici informasiya” şöbəsində redaktor vəzifəsinə  işə qəbul olunub. O illərdə "Həftə” analitik-informasiya proqramında şərhçi kimi siyasi, beynəlxalq münasibətlərin müxtəlif istiqamətləri üzrə analitik məzmunlu şərhlər hazırlayıb. Həmin illərdə AzTV-nin xətti ilə ezam olunduğu xarici ölkələrdən reportajlar hazırlayıb. Xüsusi ilə də 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduğu ilk vaxtlarda Strasburqdan hazırladığı reportajlarla tamaşaçıların diqqətini cəlb edib.

 

2003-cü ildə AzTV-nin Rusiya Federasiyası üzrə bürosunun müdiri vəzifəsinə təyin olunub. 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini vəzifəsinə təyinat alıb. 2011-ci ildə isə o, mərkəzi Fransanın Strasburq şəhərində yerləşməklə Azərbaycan Televiziyasının Qərbi Avropa ölkələri üzrə bürosunun müdiri vəzifəsinə təyin edilib.

 

2018-ci ildə AzTV-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər” studiyasının direktor müavini vəzifəsinə keçirilib. 2020-ci il fevral ayının 3-də Azərbaycan Televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifəsinə təyin olunub. Son bir ildə tamaşaçılar Elnar Məmmədlini həm də AzTv-nin "Günün nəbzi”, "Əsas məsələ” və "Hədəf” verilişlərinin aparıcısı kimi də televizya ekranlarda görürlər.

 

Ana dili ilə yanaşı ingilis, fransız, rus və türk dillərində sərbəst bilir.

 

Ailəlidir, iki övladı var. /// modern.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb