"Gələcək Azərbaycan Partiyası"nın sədri, gənc siyasətçi Ağasif Şakiroğlu deputatlığa namizədliyini irəli sürüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
Paritiya sədrinin namizədliyi 8 saylı Binəqədi 1-ci seçki dairəsindən irəli sürülüb.
Ağasif Şakiroğlu mövzu ilə bağlı deyib: Artıq zəruri sənədlər Mərkəzi Seçki Komissiyasına və Dairə Seçki Komissiyasına təqdim edildi. Dövlətimiz və xalqımız üçün xeyrli-uğurlu olsun! Unutmayaq ki, gücümüz birliyimizdədir"
Qeyd edək ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputat Azay Quliyevdir. O yenidən həmin dairədən namizədliyini irəli sürüb.