Partiya sədri: "Bu videokonfransı pandemiya dövründə çəkilmiş komediya serialına bənzədirəm"

Partiya sədri: "Bu videokonfransı pandemiya dövründə çəkilmiş komediya serialına bənzədirəm"
SİYASƏT
12:52 18.05.2020
1137
"Azərbaycan Mübarizləri” Partiyasının Sədri Ağadur Müslümov özlərini "Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qrupun videokonfrans vasitəsi ilə keçirdikləri iclaslarına münasibət bildirib.
 
O AZXEBER.COM-a açıqlamasında "zoom" vasitəsilə baş tutan konfransı komediya adlandırıb:
 
Hesab edirəm ki, bu videokonfrans pandemiya dövründə ölkə ictimayətinə edilən "evdə qal" çağırışlarına görə insanların darıxmamaqları məqsədi ilə çəkilmiş komediya serialdır. Buna başqa ad vermək olmur. Burada toplaşan fərdlərin bir-birlərinin ünvanına söylədiklərisöyüşlər, təhqirlər və s. komediya serialın sujet xəttinin göstəricisidir. Bu serialı sifariş verənsifarişçisinin əsas fiqurlarından bir neçəsinin Azərbaycanda olması qaçılmazdır. O sifarişçilərin qanun qarşısında cavab verməsini tələb edirik əks təqdirdə bunu xalqımız edəcək. Bundan heç kimin şübhəsi olmasın.
 
Bildirmək istəyirəm ki, serial qəhrəmanlarının, daxili və xarici xayanətkar, düşmən qüvvələrin maliyyələşdirdiyi fərdlərin şəxsi maraqları naminə ölkəni xaosa sürükləmək arzuları ürəklərində arzu olaraq qalacaq.
 
Partiya sədri hesab edir ki, "Milli Şura" üzvləri bu konfransla bir daha özlərini biabır edib: Azərbaycan dövlətinə, xalqına radikal, xəyanətkar mövqe bəsləyən, özlərini "Demokratik Qüvvələrin Milli Şurası” adlandıran və əsasən xarici ölkələrdə yaşayan, xarici düşmən qüvvələrinə bağlı olan, eyni zamanda Azərbaycana qarşı düşmənçilik siyasəti aparan marqinal qrup növbəti dəfə özünü ifşa etdi. Belə ki, pandemiya dövründə iclasların videokonfrans formatında keçirilməsi təcrübəsindən istifadə edən radikal müxalifət öz həqiqi mahiyyətini bir daha cəmiyyətə göstərdi.
 
Videokonfransda iştirak edən insanların bir birinə qarşı münasibəti, dialoq zamanı istifadə etdikləri qeyri-etik ifadələr cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılandı. Bundan əlavə, müxalifətin söyüşlə danışması, bu qruplaşmanın qeyri-ciddi və populist, qeyri-etik olduğunu bir daha sübut etdi.
 
Qeyd edim ki, Ölkədə siyasət üzərində qurulmuş uğursuz şou göstərisi nəinki sadə ictimai rəydə, eləcə də müxalifət düşərgəsində kəskin qınaq hədəfinə çevrildi. Çünki məsələ həm də qaragüruhçu qrupun iqtidarla yanaşı, müxalifətdə olan partiyalara qarşı çirkin kampaniyalar aparmasındadır. Əbəs deyil ki, REAL, Müsavat kimi təhqirlərə məruz qalan partiyalar bu məsələni elə-belə buraxmayacaqlarını bəyan etdilər.
 
Məsələn, Müsavat partiyasının başqanı Arif Hacılı və müavinləri "Milli Şura”nın qurama sədri Cəmil Həsənli başda olmaqla hər kəsin üzr istəməli olduğunu bildirdi. REAL-ın icraçı katibi Natiq Cəfərli isə qarşı tərəfin səviyyəsinə enmək istəmədiyini deyərək, "Milli Şura”nın eybəcər toplantısından sonra zatən siyasi məhvə uğradığına eyham vurdu. Ancaq bu da son deyil.
 
Belə ki, virtual toplantı zamanı və ondan sonra yaşanan məlum olaylar, xüsusilə cinsi azlıqlar üzərində baş verən daxili qalmaqallar, Eldəniz Quliyevin istefası və ittihamları da belə deməyə zəmin yaradır ki, artıq "Milli Şura”nın "qatarı” çoxdan gedib, eşidilən isə sadəcə həmin "qatar” təkərlərinin yararsız, təsirsiz "taqqıltısıdır”.
 
Ağadur Müslemov deyib ki, Milli Şurada istefalar davam edəcək: "Milli Şura”dakıların hətta bir-birlərinə münasibəti çox pisdir. Artıq istefalar da başlayıb və göründüyü kimi, hər zaman belə olub. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verməsindən sonra artıq ötən gün Milli Şuranın üzvü Rafiq Manaflı da qurumdan istefa verib. O bununla bağlı hətta "facebook” səhifəsində rəsmi bəyanatını da yayıb.
 
"Əslində biz dəfələrlə şahidi olmuşuq ki, bu kimi müxalifətçilər toplaşıb, sonunda isə ayrılıblar”, deyən A.Müslümov hesab edir ki, bu kimi sözdə müxalifətçilərin dövlət, dövlətçilik istiqamətləri heç vaxt mövcud olmayıb: "Yəni Mübarizlər Partiyası olaraq, biz həmişə belə mövqedən çıxış eləmişik və öz sərt mövqeyimizi ifadə etmişik”.
 
Partiya sədri köhnə müxalifətin ümumiyyətlə, siyasi gücünün olmadığını da qeyd edərək bildirib ki, ölkədə yeni dialoq mühiti formalaşıb və yeni güclər ortaya çıxırlar: "Köhnələrin işləri yalnız dövləti, Prezidenti, aparılan çoxşaxəli islahatları ləkələmək, şər-böhtan xarakterli qarayaxma kampaniyaları aparmaq məqsədindən ibarət olub. Onların "siyasi fəaliyyətləri” pafos üzərindədir. Bu baxımdan, düşünürəm ki, yaradılan siyasi dialoq mühiti "Milli Şura”dakı qaragüruhçuları qısa müddətdə sıradan çıxaracaq. Hətta mən onlara köhnə müxalifət də deməzdim, ayrı-ayrı fərdlərin toplaşdıqları qrup deyərdim. Çünki bunların mitinq və aksiyalarında toplaşdıqları saylarını da görmüşük”.
 
"Azərbaycan Mübarizləri” Partiyasının sədri olaraq bir daha söyləyirəm: "İnanıram ki, ölkədə aparılan islahatlar kursu bizə böyük perspektivlər vəd edir və ona da inanıram ki, bu dialoq davamlı xarakter alacaq, partiyaların inkişafına səbəb olacaq və əlbəttə ki, partiyalar da dövlətin, dövlətçiliyin mövqeyindən çıxış edərək, müsbət addımlarını atacaqlar”,
 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərə Avropa çempionu oldu
09:59 29.06.2025
İngiltərə Avropa çempionu oldu
Murat Dalkılıç bu aktrisa ilə sevgilidir
09:57 29.06.2025
Murat Dalkılıç bu aktrisa ilə sevgilidir
DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək
09:53 29.06.2025
DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək
Yevlaxda ağır qəza, ər öldü, arvadı yaralandı
09:52 29.06.2025
Yevlaxda ağır qəza, ər öldü, arvadı yaralandı
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
09:50 29.06.2025
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı
09:48 29.06.2025
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
09:44 29.06.2025
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi