Partiya sədri qərar verdi: İldə 3-4 dəfə sekslə məşğul olun

Partiya sədri qərar verdi: İldə 3-4 dəfə sekslə məşğul olun
DÜNYA
14:50 14.01.2014
1747
Rusiyada Liberal-Demokratlar partiyasının lideri Vladimir Jirinovski qəribə hərəkətləri və sözləri ilə yenidən gündəmdədir.
Belə ki, partiya lideri əvvəlcə deputatlara təklif edib ki, “Taleyin kinayəsi” filminə qadağa qoyulsun.
- Bütün filmlərdə siqaret çəkirlər, hamısı içir, xüsusilə də Yeni il ərəfəsində belə şeyləri vermək olmaz. Bax elə bu “Taleyin kinayəsi” filmi. Nədir axı bu? Harada görmüsünüz ki, içib başqa şəhərə düşsünlər. Bu ki, axmaqlıqdır. Hər şeyi uydurublar, eyni mənzildi, eyni açardı. Bəs görəsən o mənzillərin iyi necədir? Bu ki axmaq adamlar üçün çəkilmiş filmdir. Ləğv eləmək lazımdır.
Jirinovski qeyd edib ki, yeni filmlərdə də ancaq içkili insanları çəkirlər.
- Şaxta babalar sərxoşdur, qar qızlar sərxoşdur, polis sərxoşdur, sürücülər sərxoşdur. Sonra da ölkəmizə olan münasibətə baxıb təəccüblənirik.
Deputat siqaret məsələsinə də toxunub.
- Əvvəllər filmlərdə bir-iki qəhrəman siqaret çəkirdi. “Baharın 17 anı”nda baş qərargahda heç kim siqaret çəkmir. Bircə Ştirlits çəkir. Buyurun baxın. Rus casus. Heç axtarmaq lazım olmur. Çünki almanlar siqaret çəkmirdilər, o, isə bütün günü siqaret çəkirdi.
Film haqqında təkliflərini deyən Jirinovski bununla kifayətlənməyib. O, partiya üzvlərinin cinsi həyatları barədə də danışmağa qərar verib. Elə danışıb da. O, partiya üzvlərindən rübdə bir dəfə sekslə məşğul olmağı tələb edib.
- Pornoqrafiyanın, porno kasetlərin və belə filmlərin təsiri altında gənc nəsil normalardan kənara çıxır. Elə bilir ki, nə qədər çox olsa o qədər yaxşıdır. Əslində nə qədər az olsa yaxşıdır. Ancaq qarşılıqlı simpatiya olanda. Əsas standart: ildə 3-4 dəfə kifayətdir.
Jirinovskinin fikirləri cavabsız qalmayıb. Rusiya Dövlət Dumasında Liberal Demokrat partiyasından olan deputat Sergey İvanov deyib ki, bu, sadəcə boşluqdan darıxan mətbuat üçün zarafatdır.
- Əlbəttə ki, bu zarafatdır. Normal insan bunu necə qəbul edər? Sizcə Vladimir Volfoviç o qədər axmaqdır ki, deputata, partiya üzvünə ya adi vətəndaşa nə qədər sekslə məşğul olmaq barədə məsləhət versin? Bu, sadəcə darıxan mətbuat üçün əyləncədir. /// interpress.az
OXŞAR XƏBƏRLƏR