Partiya sədri Türkiyədən od püskürdü: 'Əl çəkin Elnur Məmmədlidən' - SƏRT AÇIQLAMA
İDMAN
15:42 01.08.2012
2072
Partiya sədri Türkiyədən od püskürdü: “Əl çəkin Elnur Məmmədlidən”Olimpiya oyunlarında əsas medal ümidimiz olan Elnur Məmmədlinin məğlubiyyəti ətrafında gedən diskusiyalara Azərbaycan Demokratik Maarifçilik Patiyasının sədri Elşən Musayev də qoşulub. Belə ki, hazırda Türkiyənin İstanbul şəhərində səfərdə olan Musayev elə qərarlaşdığı məkandan AZXEBER.COM portalı ilə əlaqə saxlayaraq eks-olimpiya çempionunun müdafiəsinə qalxıb: “Bir insanın üzərinə bu qədər gedilməz. Bir insan bu qədər təhqir, tənqid, təsir blokadasına alınmaz!! Vallah-billah alınmaz! Əl çəkin Elnur Məmmədlidən. Unutmayın ki, onun sadəcə 26 yaşı var və bu yaş psixoloji anlamda son dərəcə kritik bir həddir, dövrdür. Ayrıca, Elnur həmin yaşa qədər artıq çoxlarının edə bilmədiklərini edib, bacarmadıqlarını bacarıb.Elnur Məmmədli Olimpiya çempionudur. Bu gün də çempiondur, sabah da, o biri gün də!.Bu faktı kimsə dəyişdirə, bu həqiqəti kimsə inkar edə bilməz!Həmin çempionluq artıq tarixə həkk olunub əzizlərim!Digər bir faktı da unutayın ki, keçən Olimpiya oyunlarında bir tək həmin o, bu gün hədəfə aldığınız Elnurun hesabına Pekində Azərbaycan himni oxunub! Həmin Elnurun hesabına bayrağımız bütün bayraqlardan daha ucaya qalxıb! Və mən heç şühbə etmirəm ki, o anda himnimiz oxunurkən, bayrağımız yüksələrkən çoxlarınız da Elnurun göz yaşlarına qoşulub ağlamışsınızdır!İndi nə oldu bəs?! Bu dəfə qələbə yoxdur deyə, didib-parçalayaqmı onu?!Hər dəfə onunmu üzərindədir o bayrağı ən üstlərə, zirvələrə qadırmaq?!.Bəs başqaları? Onlar cempionata əvəzedici heyətdəmi gediblər?! Onlar haqqda niyə kimsə bir şeylər danışmır bəs?!