Partiya sədrindən Rüstəm İbrahimbəyova mesaj: ‘Qorxurdun pişiydən niyə çıxdın deşikdən?’

SİYASƏT
13:52 14.06.2013
1863

“Milli Şura”nın sədri Rüstəm İbrahimbəyov ötən gün BBC-nin Rusiya xidmətinə müsahibə verib.

AZXEBER.COM-un məlumatına görə, Rüstəm İbrahimbəyov bildirib ki, Azərbaycanda seçkiqabağı vəziyyət çətindir:

“Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqından danışan Rüstəm İbrahimbəyov bildirib ki, bu təşkilat Rusiyadakı azərbaycanlılarının taleyi ilə məşğuldur.

Onun sözlərinə görə, Rusiya Azərbaycan Təşkilatları İttifaqı onun prezidentliyinə namizədliyini dəstəkləməkdən qətiyyətlə imtina edir: “Çünki, onlar kifayət qədər ehtiyatlı adamlardırlar və siyasətə qarışmaq istəmirlər”.

Kinodramaturq müsahibəsində həyatı ilə bağlı təhlükə olduğunu da söyləyib. O, Bakıya gələcəyi təqdirdə onu həbs təhlükəsinin gözlədiyini bildirib.

Məsələylə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Rüstəm İbrahimbəyovun növbəti dəfə oyun oynadığını deyib:

“Belə bir söz var ki, qorxurdun pişiydən niyə çıxdın deşikdən? Rüstəm İbrahimbəyov çox yaxşı ssenaristdi. O öz ssenrasini gözəl oynayır. Dəfələrlə Bakıya gəlib-gedib. Niyə bir şey olmayıb onda? Sadəcə olaraq, o ictimaiyyətdə elə bir rəy formalaşdırmaq istəyir ki, guya onu tuta bilərlər. Amma bunların hamısı ağ yalandır. Ona heçnə olan deyil”.

Partiya sədri İsa Qəmbərin vahid namizəd məsələsində oynadığı oyunun heç də R.İbrahimbəyovdan geri qalmadığını və “Musavat” başqanının vahid namizəd olmayacağını söyləyib:

“İsa Qəmbər də bu prosesdə öz oyununu oynayır. Ümumiyyətlə, müxalifətdən heç kəs vahid namizəd olmayacaq. İsa Qəmbərin ətrafındakılar onun vahid namizəd olmasını istəyir, amma o özü hələ ikibaşlı oyun oynayır”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR