Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində bu gecə doğma meydanda "Neftçi"ni qonaq edəcək Serbiyanın "Partizan" klubu Azərbaycanın tikinti şirkəti "AzVirt"lə sponsorluq müqaviləsi imzalayıb.
Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, Serbiya yollarının yenidən qurulmasında əsas pay sahibi olan Azərbaycan şirkəti ilə əməkdaşlığın detallarıyenidən müzakirə olunacaq.
Qeyd edək ki, "Azvirt" şirkətinin nümayəndələri bu gecə keçiriləcək "Partizan" - "Neftçi" matçını VİP lojadan izləyəcəklər. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.