“Neftçi” klubunun serbiyalı sabiq qapıçısı Vladimir Miçoviçin Qol.Az-a müsahibəsi
-“Neftçi”ni aeroportda qarşılayanlardan biri də sən idin. Sonra isə komandanın məşqini izlədin.
-“Neftçi”nin Avroliqanın qrup mərhələsində “Partizan”la eyni qrupa düşməsini eşidəndə çox sevindim. Keçmiş klubumu Serbiyada görməkdən çox məmnunam. Neçə vaxtdı bu günü gözləyirdim ki, onlar Belqrada gəlsinlər. Çünki “Neftçi” mənim doğma komandamdır. Mən uzun müddət bu klubun şərəfini qorumuşam. Gözlərimə inanmıram ki, “Neftçi” Belqrada gəlib.
-“Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını necə qarşıladın?-Mən bunu gözləyirdim. Hələ “Neftçi”də çıxış edərkən Avroliqaya çıxacağımıza ümid edirdim. Təəssüf ki, o zaman bu alınmadı. İndi isə “Neftçi” üçün doğrudan da çox sevinirəm.-Bəs, püşkatmada “Neftçi”nin “Partizan”la eyni qrupa düşməyini eşidəndə hansı hissləri keçirdin?
-İlk öncə çox sevindim ki, “Neftçi” Belqrada gələcək və mən öz keçmiş komanda yoldaşlarımı yenidən görə biləcəyəm. Mənim üçün çox xoş oldu.
-“Neftçi”nin bu turnirdəki şanslarını necə qiymətləndirirsən?-Mən “Neftçi”nin evdə “Rubin” və “Partizan”a qalib gələcəyinə inanıram. Çünki bilirəm ki, komanda həm mənim vaxtımda, həm də indi öz meydanında çox gözəl oyun nümayiş etdirir. Təbii ki, “İnter” də güclü rəqibdir. Amma sizə deyim ki, italyanlar üçün də çətin olacaq.Fikrimcə, “Neftçi”nin böyük şansı var. Əminəm ki, komanda yaxşı nəticə qazanacaq. Qazanılacaq bir xal belə “Neftçi” üçün böyük uğur olacaq.-Sabah “Partizan”la oyunda kimə azarkeşlik edəcəksən?-Əlbəttə ki, “Neftçi”yə. Hətta matça “Neftçi” bayrağıyla da gedə bilərəm. Mənim üçün “Partizan”ın heç bir əhəmiyyəti yoxdur. Çünki mən futbolçu kimi “Srvena Svezda”nın heyətində yetişmişəm. “Neftçi”də isə karyeramın gözəl illəri olub. “Srvena Svezda” ilə “Partizan” düşmən klublardır.-“Neftçi”nin “Partizan” önündə uğurlu nəticə qazanacağına əminliyini bildirdin. Bunu nəyə əsasən deyirsən? “Partizan”ın zəif cəhətləri nələrdir?-Ümumiyyətlə, “Partizan” zəif komanda deyil. Amma “Neftçi” də güclüdür və sabahkı qarşılaşmada xal qazana bilər.-Komandaya nə məsləhət görürsən?-Mən öz tövsiyələrimi baş məşqçi Böyükağa Hacıyevə verəcəyəm (gülür).-Qapıda həmyerlin Saşa Stamenkoviç duracaq. Səncə, onun üçün bu atmosferdə oynamaq çətin olmayacaq ki?-Yox, buna inanmıram. Çünki Saşa “Srvena Svezda”nın heyətində belə matçlarda çox oynayıb. O, bu stadionda birinci dəfə deyil ki, oynayacaq. Stamenkoviç bu cür ab-havaya öyrəncəlidir.