Partlayış baş verən mədənin rəhbəri işdən çıxarıldı

Partlayış baş verən mədənin rəhbəri işdən çıxarıldı
DÜNYA
10:43 16.10.2022
309
Türkiyənin Bartın bölgəsində baş verən mədən faciəsindən sonra rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, araşdırma nəticəsində mədənin texniki rəhbəri vəzifəsindən azad edilib.

Mədənçilərin çoxunun 320 metr dərinlikdə həyatını itirdiyi müəyyən edilib.

Xilasedicilər lazımi təhlükəsizliyi təmin etdikdən sonra 350 metr dərinliyə enərək partlayışın baş verdiyi əraziyə daxil olub və mədənçilərin nəşlərini çıxarıblar.
OXŞAR XƏBƏRLƏR