Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO

Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO
SOSİAL
14:08 17.01.2024
431
Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha üç nəfərin kimliyi bilinib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, bunlar - Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.

A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olublar. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə nəticəsində son məlumata görə, 9 nəfər həlak olub. Onlardan birinin kimliyi müəyyən edilmişdi. Hazırda axtarış işləri davam edir.

Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik:

 

 

 


OXŞAR XƏBƏRLƏR