Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış

Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış
SOSİAL
10:31 06.07.2026
466
Bakının Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış. Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş.

Qeyd edək ki, iyunun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib. Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, 3 nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb.
OXŞAR XƏBƏRLƏR