Partlayışda yaralanan ata-ana və övladları öldü

Partlayışda yaralanan ata-ana və övladları öldü
SOSİAL
10:40 21.11.2016
926

Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb.

Bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü 

Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.

Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z. Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.(APA)



OXŞAR XƏBƏRLƏR