Partlayışla bağlı yeni məlumat: yaralanan hərbçilərdən 5-i buraxılıb

Partlayışla bağlı yeni məlumat: yaralanan hərbçilərdən 5-i buraxılıb
SOSİAL
20:21 27.08.2017
3055

Xəbər verildiyi kimi, avqustun 27-də səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.

Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı Trend-ə verilən əlavə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.

Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Eyni zamanda, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçulardan 5-i ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.

 

Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, əhalinin müvəqqəti olaraq təhlükəsiz yerlərdə yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatlarının təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Partlayış yerinə yaxın ərazilərdən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu