Partlayışlar 10-dan çox adamın həyatını aldı - VİDEO

DÜNYA
14:44 16.05.2013
1289
İraqın Kərkük şəhərində ardıcıl olaraq iki sui-qəsd partlayışı törədilib. Rəsmilərin məlumatına görə, avtomobillərə yerləşdirilmiş partlayıcıların işə düşməsi nəticəsində azı 9 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb. Birinci partlayış zamanı xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Kərkük polisi öldürülənlərdən 2-sinin azyaşlı uşaq olduğunu qeyd edib. İkinci partlayışda isə, partlayış dalğası yaxınlıqda yerləşən yaşayış binasına da ziyan vurub. Bir neçə evin pəncərələri qırılıb. Mosul ətrafında isə yolda minanın partlaması nəticəsində 1 polis əməkdaşı ölüb, 2-si isə yaralanıb.Tarmii şəhərində intiharçının törətdiyi partlayışda azı 1 polis ölüb.Polisin məlumatına görə, sui-qəsd hücumlarına görə heç kimi məsuliyyəti öz üzərinə götürməyib. Lakin Əl-Qaidə terror təşkilatının İraqda fəaliyyət göstərən qruplaşmaları hücumların təşkil olunmasında şübhəli bilinir.

OXŞAR XƏBƏRLƏR