'Paruyr Ayrikyan seçkilərin təxirə salınmasını tələb etməsə, deməli hakimiyyətlə sövdələşməsi var'

DÜNYA
08:47 05.02.2013
1126
Əgər Ermənistanda güllələnən Paruyr Ayrikyan seçkilərin təxirə salınması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsə, digər namizəd Vardan Sedrakyan bu tələblə məşkəməyə müraciət edəcək.AZXEBER.COM-un News.am-a istinadən verdiyi məlumata görə, bunu namizədin özü deyil.Vardan Sedrakyan hesab edir ki, onun buna hüququ var: “Mən bir namizəd kimi düşünürəm ki, bu terror aktı yalnız bir adama qarşı yönəlməyib. İkincisi, görsəm ki, onun özü (Paruyr Ayrikyan) Konstitusiya Məhkəməsinə müraciət etmir, deməli, ortada hakimiyyətlə gizli sövdələşmə var. Belə olan halda seçkilər alverə çevrilir”.Namizəd bəyan edib ki, Konstitusiya Məhkəməsi müraciətə rədd cavabı versə, o, maşınını yandırmağa hazırdır: “Eyni müvəffəqiyyətlə mən avtomobilimi yandıracam. Maşını küçədə saxlayacam və özümü elə aparacam ki, mağazaya girmişəm. Avtomobili yandıracam və bəyan edəcəm ki, “Görürsünüz nə baş verir: Mənim reytinqim artır””.Xatırladaq ki, yanvarın 31-də gecə saatlarında Ermənistan prehidentliyinə namizəd Paruyr Ayrikyan güllələnib.

OXŞAR XƏBƏRLƏR