PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SOSİAL
17:32 15.10.2026
111
Oktyabrın 14-də JW Marriott Absheron Bakı hotelində baş tutan tədbirdə dövlət qurumlarının, maliyyə institutlarının, nəqliyyat və logistika sektorunun, eləcə də iri biznesin rəhbər nümayəndələri bir araya gəliblər.

AZXEBER.COM xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin biznesə təsirini, Orta Dəhlizin yaratdığı yeni ticarət və investisiya imkanlarını, eləcə də şirkətlərin bu sahədə üzləşdiyi çağırışları və ehtiyaclarını müzakirə etmək olub. Bu çərçivədə nəqliyyat və logistika infrastrukturunun inkişafı, regional bağlantıların genişləndirilməsi, rəqəmsallaşma və biznesin maliyyələşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Fuad Məmmədov, PAŞA Maliyyə Holdinqinin baş icraçı direktorunun müavini Şahin Məmmədov, NEQSOL Holding-in baş maliyyə direktoru və Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə, Azersun Holdinqinin baş icraçı direktoru Savaş Uzan, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Cəlal Fərəcli, PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar Məmmədov və Trendyol Qrupunun baş əməliyyat inzibatçısı Serkan Yavuz iştirak edərək müzakirələrə qatılıblar.

Tədbirin açılışında çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət marşrutlarında strateji mövqeyini vurğulayaraq Orta Dəhlizin inkişafının ölkə iqtisadiyyatı və biznes üçün yeni imkanlar yaratdığını bildirib.


"Azərbaycan üzərindən keçən Orta Dəhlizin ölkə iqtisadiyyatına verdiyi töhfə ilə yanaşı, hər bir ticarət əməliyyatının arxasında maliyyələşmə, ödənişlərin həyata keçirilməsi, risklərin idarə olunması və dövriyyə vəsaitinə çıxış kimi mühüm məsələlər dayanır. Bu səbəbdən maliyyə institutlarının üzərinə ciddi iş düşür. PAŞA Bank olaraq real sektorun inkişafına dəstək vermək, bizneslərin böyüməsini maliyyələşdirmək və yeni investisiya imkanlarının yaranmasına töhfə vermək üçün səylərimizi davam etdiririk”, – deyə Cavid Quliyev qeyd edib.

Tədbir PAŞA Holdinqin baş iqtisadçısı Elman Eminovun "Qlobal ticarətin yenidən qurulması: İnfrastruktur və regional bağlantılar” mövzusunda təqdimatı ilə davam edib. Təqdimatda qlobal ticarətdə baş verən dəyişikliklər və regional nəqliyyat marşrutlarının iqtisadi əhəmiyyəti diqqət mərkəzində olub.

Tədbir çərçivəsində iki strateji panel müzakirəsi təşkil edilib.

"Azərbaycanın regional logistika mərkəzinin qurulması: İnfrastruktur və regional bağlantılar” adlı ilk paneldə ölkənin nəqliyyat və logistika potensialı, müxtəlif nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi, mövcud infrastrukturun səmərəliliyinin artırılması və regional rəqabət üstünlükləri müzakirə olunub.


"Ticarət və logistikanın gələcəyi: Ticarət, yükdaşımaları və rəqəmsal kommersiya” adlı ikinci paneldə isə biznesin logistika sektorundan gözləntiləri, beynəlxalq ticarət və yükdaşımalarında mövcud çağırışlar, elektron kommersiyanın inkişaf perspektivləri, eləcə də bu sahələrdə maliyyə institutlarının təqdim edə biləcəyi həllər ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrində dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və biznes üçün daha əlverişli ticarət mühitinin formalaşdırılması istiqamətində imkanlar da nəzərdən keçirilib.

Tədbir iştirakçıların suallarının cavablandırılması və açıq müzakirələrlə yekunlaşıb.

Tədbir dövlət və özəl sektor nümayəndələri arasında fikir mübadiləsi üçün mühüm platforma yaradaraq Azərbaycanın regional ticarət və logistika potensialının inkişafı, yeni iqtisadi imkanların dəyərləndirilməsi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
18:20 15.10.2026
Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
Dağıstan Respublikasına yeni rəhbər seçilib
17:59 15.10.2026
Dağıstan Respublikasına yeni rəhbər seçilib
“Trendyol” və “Temu”da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı
17:58 15.10.2026
“Trendyol” və “Temu”da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
17:42 15.10.2026
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edildi
17:38 15.10.2026
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edildi
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
17:32 15.10.2026
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib
17:24 15.10.2026
“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib
Xankəndidə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək
17:23 15.10.2026
Xankəndidə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək
Bakıda 8 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
17:21 15.10.2026
Bakıda 8 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Təbrik gözləyənlər, unudulanlar, məyus olanlar… – Doğum günlərinin görünməyən üzü
17:16 15.10.2026
Təbrik gözləyənlər, unudulanlar, məyus olanlar… – Doğum günlərinin görünməyən üzü
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
17:04 15.10.2026
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Yuxusuzluq hansı ciddi xəstəliklərin əlaməti ola bilər? - XƏBƏRDARLIQ
17:03 15.10.2026
Yuxusuzluq hansı ciddi xəstəliklərin əlaməti ola bilər? - XƏBƏRDARLIQ
Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı
16:35 15.10.2026
Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı
Bakı Bəyannaməsi qəbul edildi
16:26 15.10.2026
Bakı Bəyannaməsi qəbul edildi
İlham Əliyev Hakan Fidanı qəbul etdi
16:22 15.10.2026
İlham Əliyev Hakan Fidanı qəbul etdi
Səbətə atanda qiymət artır: Onlayn alış-verişdə alıcılar aldadılır?
16:22 15.10.2026
Səbətə atanda qiymət artır: Onlayn alış-verişdə alıcılar aldadılır?