Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı

Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı
DÜNYA
18:09 01.01.2022
441
"Ötən 2021-ci il Ermənistan üçün çətin il oldu”.

AZXEBER.COM xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən deyib. 

"2021-ci il müharibənin dəhşətləri səbəbindən yaranan sosial-psixoloji və siyasi böhranla başladı. Bəzən elə təəssürat yaranırdı ki, müharibədən sonraki həyəcan idarəolunmaz hal alacaq, xaosa və vətəndaş qarşıdurmasına çevriləcək”, - deyə Paşinyan qeyd edib. 

Onun sözlərinə görə, Ermənistan hələ müharibənin sarsıntısını dəf etməyib və hələ uzun müddət də etməyəcək.
OXŞAR XƏBƏRLƏR