Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan – Ermənistan sülh müqaviləsini müzakirə edib

SİYASƏT
19:40 15.02.2025
358

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb.

Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan – ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.

Həmçinin Ermənistan – Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR