Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşdı

Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşdı
SİYASƏT
17:23 19.12.2025
158
Ermənistanın Baş nazir Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini paylaşıb.

Paşinyan bu görüntüləri sosial şəbəkələrdəki səhifəsində paylaşıb.

"Sülh indi reallıq olub", - o, videonun altında yazıb.

Qeyd edək ki, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı kommersiya xarakterlidir.
OXŞAR XƏBƏRLƏR