Paşinyan Azərbaycanın addımını “xoşməramlı jest” adlandırdı

Paşinyan Azərbaycanın addımını “xoşməramlı jest” adlandırdı
SİYASƏT
22:48 07.12.2023
366
"Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "X” hesabında paylaşıb.
 
Bildirək ki, Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, razılaşmaya əsasən hazırda Ermənistanın əsir kimi saxlanılan azərbaycanlı hərbçilər Bəbirov Aqşin və Axundov Hüseyn azad ediləcək.
OXŞAR XƏBƏRLƏR