Paşinyan: "Bakı və İrəvan qarşılıqlı maraq doğuran malların siyahısını müzakirə edirlər"

Paşinyan: "Bakı və İrəvan qarşılıqlı maraq doğuran malların siyahısını müzakirə edirlər"
SİYASƏT
14:56 08.01.2026
114
"Ermənistan və Azərbaycan alqı-satqısında qarşılıqlı maraq duyduqları malların siyahısını müzakirə edirlər".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli telekanallara müsahibəsində Azərbaycanın neft məhsullarının Ermənistana idxalı ilə bağlı razılaşmaya dair suala cavab verərkən deyib.

Baş nazir bildirib: "Proses davam edir, yeni xəbər olanda bu barədə məlumat veriləcək. Hazırda müzakirələr gedir. Bilirəm ki, malların alqı-satqısına dair ilkin siyahılar mübadilə olunub, amma araşdırmalar hələ də davam edir"

N.Paşinyan qeyd edib ki, hökumət özəl şirkətləri Azərbaycan neft məhsullarını idxal etməyə məcbur etməyib, sadəcə onlara uyğun fürsətin mövcud olduğunu bildirib.

Azərbaycandan Ermənistana ilk neft məhsullarının göndərilməsi 18 dekabr 2025-ci ildə baş tutub.
 
///apa
OXŞAR XƏBƏRLƏR