Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında təklifini prezident Armen Sarkisyana üçüncü dəfə göndərib.
Armen Sarkisyan bununla əlaqədar açıqlama yayıb: "Baş nazirin sərəncam layihəsini geri qaytarması yolverilməz spekulyasiya və qeyri-adekvat reaksiyadır”.
Hakim "Mənim addımım” parlament fraksiyasının üzvü Vaan Ovakimyan prezidentə impiçment göstərilməsinin mümkünlüyünü bildirib.
///Report