Paşinyan Brüssel görüşü barədə müsbət fikirlər söylədi

Paşinyan Brüssel görüşü barədə müsbət fikirlər söylədi
DÜNYA
22:01 24.05.2022
399
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı keçirib.

AZXEBER.COM teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, N.Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü müsbət qiymətləndirib.
Ətraflı

"Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşüb, görüşün ümumilikdə müsbət keçdiyini vurğulayıb", - məlumatda deyilir.

Məlumatda vurğulanıb ki, Blinken hökumətin regionda sabitlik və sülhün bərqərar olması istiqamətində səylərini, həmçinin ölkədə demokratik islahatlar prosesini yüksək qiymətləndirib:

"Dövlət katibi ABŞ-ın Ermənistanda demokratik islahatlara, Qarabağ münaqişəsinin həllinə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına və regionda kommunikasiyaların açılmasına dəstəyi davam etdirməyə hazır olduğunu təsdiqləyib".
OXŞAR XƏBƏRLƏR