Paşinyan deputatların “TikTok”a daxil olmaması üçün telefonlarını alır

Paşinyan deputatların “TikTok”a daxil olmaması üçün telefonlarını alır
DÜNYA
13:00 14.06.2023
235
Ermənistan Təhlükəsizlik xidməti Paşinyanla görüşdən əvvəl deputatların telefonlarını aldıqları bildirilir.

AZXEBER.COM xəbər verir ki, Ermənistanın "Joqovurd” qəzeti yazır ki, baş naziri Nikol Paşinyanın təhlükəsizlik xidməti görüşlərindən əvvəl hakim fraksiyasının deputatlarının telefonlarını alır. Qəzetin yazdığına görə hakim fraksiyadan olan deputatlar hər dəfə baş nazirlə görüşəndə təhlükəsizlik xidmətinin əməkdaşları telefon və ağıllı saatların təhvil verilməsini tələb edirlər.

Maraqlıdır ki, deputatlardan biri Ovik Ağazaryan müsahibəsində məlumatı təsdiqləyib:

"Bəli, görüşlərdən əvvəl telefonlar, ağıllı saatlar da götürülür”, - Ağazaryan bildirib.

Onun sözlərinə görə, bu deputatların diqqətini yayındırmaması və TikTok-a daxil olmaması üçün edilir. Bu məlumat Paşinyanın öz komandasının üzvlərinə belə güvənmədiyi kimi şərh edilib. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR