Bu gün Ermənistanda Araqatsot vilayətindəki Ovanavank məbədində hakimiyyət tərəfindən dəstəklənən, keşiş Stepan Asatryanın ibadət mərasimi keçiriləcək.
AZXEBER.COM Ermənistan mediasına istinadən xəbər verir ki, Asatryan Ermənistan Apostol Kilsəsinin intizam komissiyasının qərarı ilə ruhani rütbəsindən məhrum edilib.
Komissiyanın nəticələrinə və Araqatsotn yeparxiyasının rəhbərinin məruzəsinə əsasən, onun ictimai çıxışları Kilsəni və ruhaniyyəti nüfuzdan salıb. Bundan sonra Asatryan hökumətin kilsə strukturlarını tənqid edən siyasətini açıq şəkildə dəstəklədiyini bəyan edib. Eçmiədzin (red- Eçmiədzin (əvvəllər Vağarşapat) erməni xalqı üçün xüsusi yer tutan bir şəhərdir) bildirib ki, Asatryanın ibadət icra etməyə haqqı yoxdur və hakimiyyət onun addımlarını dəstəkləməklə Ermənistan Apostol Kilsəsində parçalanma yaratmağa çalışır.
\APA










































