Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan feysbuk səhifələrində Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı kəskin alçaldıcı ifadələrlə çıxış ediblər.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
N.Paşinyan beş post paylaşaraq, din xadimlərini, senzurasız ifadə istifadə edərək, "onu rahat buraxmağa" çağırıb, həmçinin Ermənistanda neçə yepiskopun nikaha girməməklə bağlı anda sadiq olduğunu soruşub.
Baş naziri həyat yoldaşı da dəstəkləyib, o da öz səhifəsindəki yazılarda din xadimlərini müxtəlif günahlarda ittiham edib.
Ermənistan hökuməti Paşinyanın səhifəsində kilsəyə qarşı söylənilən ifadələri şərh etməyib, səhifələrin sındırılması barədə bəyanatlar verilməyib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan da zənglərə cavab vermir.
Qeyd olunub ki, Paşinyan və ölkənin din xadimləri arasında münasibətlər son illərdə, xüsusilə 2020-ci ildə Eçmiadzin kilsəsinin onun istefasını tələb etməsindən və Qarabağla bağlı siyasətini kəskin tənqid etməsindən sonra gərginləşib. Baş nazir isə öz növbəsində dəfələrlə Erməni Apostol Kilsəsin
///report