Paşinyan Ermənistan prezidenti ilə müzakirələr aparıb

Paşinyan Ermənistan prezidenti ilə müzakirələr aparıb
DÜNYA
10:37 29.04.2018
7620

Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla daxili vəziyyəti müzakirə edib.

AZXEBER.COM Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Paşinyan Facebook səhifəsində yazıb:

"Ermənistan prezidenti Armen Sarkisyanla görüş keçirdim. Ölkədəki vəziyyəti və problemdən çıxıç yolunu müzakirə etdik”.

Paşinyan baş nazir postuna irəli sürülmüş yeganə namizəddir. Lakin onun yetəri səs toplaması üçün 105 səsdən 53-nü almalıdır. Buna görə də, Paşinyanın namizədliyinə "Yelk”, "Sarukyan” "Daşnaksütyun” və Ermənistan Respublika Partiyasının bir hissəsi da səs verməlidir.

Ermənistan parlamentində mayın 1-də baş nazirin seçilməsinə baxılacaq.

OXŞAR XƏBƏRLƏR