Paşinyan: “Ermənistanda beynəlxalq standartlara cavab verən ali məktəb yoxdur”

Paşinyan: “Ermənistanda beynəlxalq standartlara cavab verən ali məktəb yoxdur”
SİYASƏT
14:48 23.11.2023
216
"Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun ali məktəb yoxdur”.

Bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

"Biz, məsələn, ali məktəblərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını bəyan ediriksə, bu, o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün ali məktəblər bağlanmalıdır”, - o bildirib.

Baş nazirin sözlərinə görə, buna görə gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar.

N.Paşinyan əlavə edib ki, yalnız bir neçə ali məktəb əcnəbi tələbələri cəlb edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR