Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil

Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
DÜNYA
15:27 12.10.2026
115
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun 2026-cı ildə keçirilməsi real deyil.

Bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan "RFI”-yə müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, referendumun keçirilməsi üçün ən azı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməsi zəruridir. O qeyd edib ki, ölkə hələ belə bir müraciət təqdim etməyib.

Baş nazir vurğulayıb ki, Aİ-yə üzvlük üçün müraciət etmək Ermənistanın özü üçün məqsəd deyil.

"Əgər indi məndən Ermənistan Respublikasının bu gün Avropa İttifaqının üzvü olmağa hazır olub-olmadığını soruşsanız, səmimi cavabım "xeyr” olar. Bu meyarlara uyğunlaşmaq üçün hələ çoxlu islahatlar həyata keçirməliyik”, – Paşinyan bildirib.
 
///APA
OXŞAR XƏBƏRLƏR