Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir

Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir
SİYASƏT
13:32 19.03.2026
184
Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.

O, Müstəqillik Bəyannaməsini tənqid edərək, konstitusiyadakı bütün dəyişikliklərin Ermənistanın daxili işi olduğunu bildirib.

Paşinyan region ölkələrini eyni mərtəbədəki mənzillərə bənzədib. O qeyd edib ki, bu mənzillər qonşular üçün təhlükə yarada bilər. Belə şəraitdə ölkə yalnız xarici dəstək sayəsində mövcud ola bilər.

"Beləliklə, siz dəstək gözlədiyiniz tərəfdən getdikcə daha çox asılı olursunuz. Ona görə də, Müstəqillik Bəyannaməsi – münaqişə və asılılıq bəyannaməsidir”, – Paşinyan əlavə edib.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
OXŞAR XƏBƏRLƏR