Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb

SİYASƏT
16:21 27.03.2024
273
Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.
 
 
///Report
OXŞAR XƏBƏRLƏR