Paşinyan əsgərlərin valideynlərindən 2 gün vaxt istədi

Paşinyan əsgərlərin valideynlərindən 2 gün vaxt istədi
DÜNYA
13:59 28.11.2020
2054
Ermənistan Baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbçilərin qohumları ilə görüşüb.
 
AZXEBER..COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "News.am" xəbər verib.

Görüşdən sonra aksiya iştirakçıları bildiriblər ki, Paşinyan ona daha iki gün vaxt vermələrini xahiş edib, bundan sonra o onların suallarına dəqiq cavab verəcək.

"Paşinyan dedi ki, şəxsən zəmanət verir. Amma biz cavab verdik ki, buna inanmırıq. Onda o qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək. Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın dalınca yola düşəcəyik", - deyə valideynlərdən biri bildirib.
 
Digər valideyn isə onların uşaqlarının Ermənistanın hərbi hissələrinə xidmətə köçürülməsini tələb etdiklərini bildirib.
OXŞAR XƏBƏRLƏR