Paşinyan Estoniyaya rəsmi səfər edəcək

Paşinyan Estoniyaya rəsmi səfər edəcək
DÜNYA
17:38 24.04.2025
125
Ermənistan baş naziri Nikol Paşinyan aprelin 27-28-də Estoniyaya rəsmi səfər edəcək.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Səfər çərçivəsində Paşinyan Estoniyanın Baş naziri Kristen Mixal, ölkə Prezidenti Alar Karis, Riyqikoqu parlamentinin spikeri Lauri Hussar və xarici işlər naziri Marqus Tsaxkna ilə görüşəcək.

Erməni icmasının nümayəndələri ilə görüş də nəzərdə tutulub.

İki ölkənin baş nazirlərinin mətbuat konfransı aprelin 28-nə planlaşdırılıb. Mətbuat konfransından əvvəl keçiriləcək ikitərəfli görüşdə müdafiə sahəsi məsələləri, ikitərəfli münasibətlərin inkişaf imkanları, Avropa İttifaqı-Ermənistan münasibətləri, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.
 
\report
OXŞAR XƏBƏRLƏR