Paşinyan: "Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur"

Paşinyan: "Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur"
DÜNYA
18:08 13.12.2018
5737
Ermənistan silahlı qüvvəərinin inkişafı üçün beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır.

 

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri v.i.e. Nikol Paşinyan hökumətin iclasında deyib.

Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o bildirib ki, həmin vəsaiti tapmaq üçün çox işləmək lazımdır:

"Bu vəsaitin bir hissəsini hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına ayırmaq lazımdır. Bu, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi baxımından çox vacibdir".

N.Paşinyanın sözlərinə görə, digər mühüm tapşırıq hərbi-sənaye kompleksinin inkişafı olmalıdır.

OXŞAR XƏBƏRLƏR