“Paşinyan II Qarageni vəzifədən uzaqlaşdlrmaq niyyətindədir” - Deputat

“Paşinyan II Qarageni vəzifədən uzaqlaşdlrmaq niyyətindədir” - Deputat
SİYASƏT
16:16 29.09.2025
192
Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, 2026-cı ildə seçkilərdə qalib gəldiyi halda Ermənistanda konstitusiya dəyişikliyi üçün referendum keçirəcəyini açıqlayıb.

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın açıqlaması bir qədər gecikmiş çıxış idi:

"Çünki çıxışdan öncə Rusiyada səfərdə olub. Paşinyan qeyd etdi ki, 2026-cı ildə parlament seçkilərində qalib gəldikdən sonra ölkədə referendum keçirəcək. Daha sonra isə Konstitusiyada dəyişikliklər etmək niyyətindədir. Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur. Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda söyləmişdi ki, sülh müqaviləsini paraflayırıq”.

Deputat deyib ki, sülhün imzalanmamasına səbəb isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır:

"Türkiyə Xarici İşlər naziri Hakan Fidan bəyanatında qeyd etdi ki, 2026-cı ilin birinci yarısında Ermənistan Konstitusiyasında dəyişiklik ola bilər. Yəni referendum baş tutduqdan sonra bu addımın atılması mümkün olacaq”. 

Deputat qeyd edib ki, Paşinyan seçkilərdən əvvəl II Qaragenlə bağlı problemi həll etmək istiqamətində ciddi addımlar atmalıdır:

"Paşinyan hakimiyyətə loyal olan dini dəstək almaq istəyir. Buna görə də II Qarageni uzaqlaşdırmaq niyyətindədir. Eyni zamanda xalq diplomatiyası işlək vəziyyətə gətirilməlidir. Yəni yumşaldıcı tədbirlər görülməlidir. Həmçinin İlham Əliyev və Ərdoğanın Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi toplantısında iştirakı gözlənilir. Bütün bunlar ikitərəfli münasibətlərdə etimad mühitinin formalaşmasına xidmət edən addımlardır”.

E.Nəsirov deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlər Vaşinqton razılaşmasının mahiyyətindən qaynaqlanır:

"Həmin razılaşmaya əsasən Zəngəzur dəhlizi və "Tramp marşrutu”nun salınması gündəmdədir. Bu istiqamətdə ilkin yardımların Ermənistana ayrılması prosesi başlanıb.”

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR