Paşinyan istefa verəcəyi vaxtı açıqladı

Paşinyan istefa verəcəyi vaxtı açıqladı
SİYASƏT
17:10 28.03.2021
1565
Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin aprelində istefa verəcək.

O, martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.

O qeyd edib ki, növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək:

"Hakimiyyətdən getmək üçün deyil, növbədənkənar seçkilərin keçirilməsi üçün apreldə istefa verəcəyəm”.

Qeyd edək ki, martın 18-də Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi. Ermənistan konstitusiyasına əsasən, baş nazir apreldə istefaya getməlidir. Yəni Nikol Paşinyan müxalifətin tələbi ilə deyil, konstitusiya tələblərinə uyğun olaraq istefaya gedəcək.
 
////Report
OXŞAR XƏBƏRLƏR