Paşinyan Moskvaya səfərə hazırlaşır

Paşinyan Moskvaya səfərə hazırlaşır
DÜNYA
01:33 02.09.2026
138
Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Telegram" kanalında Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə keçirdiyi görüşü "çox yaxşı" adlandırıb və tezliklə Moskvaya səfər etmək barədə razılığa gəldiyini
açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, onun sözlərinə görə, tərəflər səfər zamanı səmimi və konstruktiv dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Paşinyan əlavə edib ki, Moskva və İrəvan iki ölkə arasında ikitərəfli münasibətlərin əhəmiyyətini qəbul etməlidirlər.

"Lakin biz onu da qəbul etməliyik ki, yeni mühitdə, yeni şərtlər altında bu münasibətlər transformasiya tələb edir və bu transformasiya nəticəsində əminəm ki, münasibətlər daha yaxşı - daha konstruktiv, daha faydalı və daha isti olacaq", - deyə Baş nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR