Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyaları fonunda müxalifətin parlament binasının qarşısında təxribat törədəcəyini istisna etməyib.
AZXEBER.COM APA-ya istinadən xəbərinə görə, hökumət başçısı jurnalistlərə açıqlamasında təhlükəsizlik tədbirlərini məhz bununla əsaslandırıb.
"Əgər polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirirsə, deməli onların əlində bəzi qrupların burada təxribat törədəcəyinə dair informasiya var”, – Paşinyan fikirlərini yekunlaşdırıb.