Paşinyan: "Putin İrəvana gələrsə onu həbs etmək səlahiyyətim yoxdur"

Paşinyan: "Putin İrəvana gələrsə onu həbs etmək səlahiyyətim yoxdur"
DÜNYA
23:37 11.02.2024
238
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Telegraph"a müsahibəsində bildirib.

"2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.
 
///APA
OXŞAR XƏBƏRLƏR