Paşinyan Putinin təqdim etdiyi sülh sazişini təsdiq etməyə hazır olduğunu bildirib

Paşinyan Putinin təqdim etdiyi sülh sazişini təsdiq etməyə hazır olduğunu bildirib
DÜNYA
20:11 28.10.2022
481
Ermənistanın baş naziri Nikol Paşinyan Putinin təqdim etdiyi prinsipləri qəbul etdiyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən gün Vladimir Putinin Ermənistanla bağlı "öz yolunu seçdi, vəziyyət aydındır” deyərək qınayan bəyanatlarından sonra Ermənistanın baş naziri Paşinyan bu gün Rusiyanın Soçidə təqdim etdiyi prinsipləri qəbul etməyə hazır olduqlarını bildirib.

Rusiya prezidenti Vladimir Putinin dünən keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar iclasında Ermənistanın Qarabağ məsələsində mövqeyini tənqid edən açıqlamaları Ermənistanın baş naziri Nikol Paşinyanı hərəkətə keçirməyə sövq edib.

"Tvitter” hesabında rus dilində açıqlama verən Paşinyan Ermənistanın Azərbaycanla Rusiyanın təklif etdiyi prinsiplər üzrə razılaşma əldə etmək üçün işləməyə razı olduğunu bildirib:

"Sentyabrın əvvəlində Ermənistan əsas prinsiplər əsasında işləməyə razılaşıb. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Rusiya Federasiyasının təqdim etdiyi prinsiplər və bunu Soçidə təsdiq etməyə hazırdır. Ümid edirik ki, Rusiya da bu razılaşmanı dəstəkləyəcək”.

Ayşən
OXŞAR XƏBƏRLƏR