xari

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

DÜNYA
18:05 14.04.2021
670
Bu günə qədər Qarabağdakı son müharibədə 3 621 nəfərin ölməsi təsdiq edilib.

"Sputnik Ermənistan” xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı deyib.

Ermənistanın baş naziri itkin düşənlərin sayının 321 nəfər olduğunu qeyd edib.

"201 nəfərin qalıqları DNT analizi mərhələsindədir”, - baş nazir bildirib.

N.Paşinyan əlavə edib ki, 100-dən çox cəsədin şəxsiyyəti müəyyən edildikdən sonra onların kimliyi açıqlanıb, ancaq bu şəxslərin yaxınları araşdırmanın nəticələrini qəbul etməkdən imtina edir və analizlərin xarici ölkədə aparılmasını tələb edir.

"DNT analizinin nəticələrinə inanmayan ailələr var”, - N.Paşinyan qeyd edib.

OXŞAR XƏBƏRLƏR