“Paşinyan qorxur ki, onu güllələyəcəklər”

“Paşinyan qorxur ki, onu güllələyəcəklər”
DÜNYA
17:23 14.10.2020
1478

ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşünün yekunları üzrə bəyanatla çıxış ediblər. Lakin gözləntilərə baxmayaraq, mətndə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması cədvəlinə dair heç bir söz yoxdur. ATƏT-in Minsk qrupu humanitar atəşkəs rejiminə əməl etməklə bağlı zəruri tədbirlər görməyə çağırıb. 

Həmsədrlərin danışıqlar yolu ilə həllə nail olmaq məqsədilə Dağlıq Qarabağda siyasi tənzimlənmə prosesinin əhəmiyyətli məsələləri üzrə tərəflərlə işlədiklərinə dair cümlə də yer alıb. 

Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov "Media.Az”a verdiyi şərhdə bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağlıq halları yoxdur və onların bəyanatı böyük ölçüdə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təşəbbüs göstərilib:

 

"Fransa və ABŞ Qarabağ probleminin həllində az köməklik göstərirlər, lakin Allaha şükür çox da mane olmurlar. Vasitəçi böyük rol oynayan Rusiya ola bilər”.

- Humanitar məqsədlə atəşkəs haqqında razılaşmalara baxmayaraq, atəş səsləri eşidilir...

- Burada qeyri-sabit tarazlıq var, bunu belə adlandırardım. Aydındır ki, hərbi üstünlük Azərbaycanın tərəfindədir. Ermənistanda isə öz əks-hücumlarına inanırlar. Ona görə hazırda vəziyyət məhz döyüş meydanında müəyyən edilir. Siyasi intriqa da var. Başa düşdüyümüz qədərilə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın təkid etdiyi üzrə Ermənistan silahlı qüvvələrinin ən qısa müddətə çıxarılması və Qarabağ ətrafındakı rayonların təhvil verilməsinə başlamağa dair razılaşmaları imzalamağa meyillənir. Bütün bunlar "Madrid prinsiplərinin” və "Kazan formulasının” əsasında yer alır. Lakin Paşinyan qorxur ki, belə olan halda onu devirəcəklər və ya hətta güllələyəcəklər. Ona Rusiyadan müdafiə təminatları lazımdır. Amma onu qorumaq Rusiyanın nəyinə lazımdır? Nikol Paşinyan Qərbyönümlü, Amerikayönümlü, Rusiyanın düşməni hesab edilir. Odur ki, onu devirsələr, deməli elə də olmalıdır. İndi Moskva və Paşinyan arasında hansısa qapalı danışıqlar baş verə bilər. Bir daha təkrar edirəm: Paşinyan təminatlar istəyir, Moskva ona bunları verməyə hazır deyil. Buna görə də döyüş meydanı kimin qalib gələcəyini bütünlüklə təsdiq etməlidir.

- Axı bir daha qeyd edim ki, formal atəşkəs bağlanıb...

- O, humanitar xarakter daşıyır və sizin doğru olaraq dediyiniz kimi daha çox formaldır. Tərəflər ondan dincəlmək, yenidən qruplaşmaq üçün istifadə edirlər.

- Bəs Türkiyənin rolu barədə nə deyə bilərsiniz? Ermənistanın XİN başçısı onu mənfi adlandırır, Rusiyanın Xarici İşlər naziri isə Ankara ilə məsləhətləşmələrdən və onun Moskva razılaşmalarına dəstək verməsindən danışır. 

- Mənə elə gəlir ki, Türkiyənin rolu Azərbaycanın mövqeyini gücləndirməkdən ibarətdir. Və daha bir mühüm məqam Ankara və boru kəmərləridir (Azərbaycandan Gürcüstana və Türkiyəyə gedən – red.). Ermənistan hazırda neft və qaz kəmərlərinə zərbələr endirmir, çünki Türkiyənin reaksiyasından qorxur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu