Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
DÜNYA
21:48 24.09.2021
1107
"Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

"Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020 -ci ildə imzaladığı üçtərəfli bəyanatın 9 -cu bəndində və 11 yanvar 2021 -ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir -birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”-Paşinyan bildirib.
OXŞAR XƏBƏRLƏR