Paşinyan Roma Papası ilə görüşəcək

Paşinyan Roma Papası ilə görüşəcək
DÜNYA
20:55 18.10.2025
110
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Vatikanda işgüzar səfərdə olacaq.

Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Məlumata görə, oktyabrın 19-da Paşinyan arxiyepiskop İqnatiya Maloyanın və daha altı nüfuzlu müqəddəsin müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun sədrliyi ilə keçiriləcək kanonizasiya (ölən şəxsin rəsmi olaraq müqəddəs kimi tanındığı və adının müqəddəslər siyahısına əlavə edildiyi rəsmi kilsə tədbiri -red) mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistanın Baş nazirinin Roma Papası, eləcə də Vatikanın dövlət katibi kardinal Pyetro Parolinlə görüşü nəzərdə tutulub.
 
/report
OXŞAR XƏBƏRLƏR