Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də Rusiyaya işgüzar səfərə gedib.
Səfər haqda məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Paşinyanın Rusiyaya səfəri İyunun 9-dək davam edəcək. Paşinyan Avrasiya İqtisadi İttifaqının hökumətlərarası, eləcə də MDB ölkələrinin hökumət başçılarının iclasına qatılacaq.
Gülay