Paşinyan Sankt-Peterburqa səfər edəcək

Paşinyan Sankt-Peterburqa səfər edəcək
DÜNYA
19:56 20.12.2022
207
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Bu barədə Baş nazirin ictimaiyyətlə əlaqələr aparatının rəhbəri Armen Xaçatryan bildirib.

Paşinyanın 26-27 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-formal sammitinə qatılacağı bildirilib.

Paşinyanla Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyinə dair suala isə Xaçatryan "gündəmdə belə məsələ yoxdur” deyə cavab verib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR