Putin, İlham Əliyev və Paşinyan Soçidə görüşəcək

Putin, İlham Əliyev və Paşinyan Soçidə görüşəcək
SİYASƏT
12:13 26.10.2022
611
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

"Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.
OXŞAR XƏBƏRLƏR