"Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir: "Həmçinin biz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq”.
N.Paşinyan söyləyib ki, siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşlarının da xeyrinə olar: "Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. İnsanlar başa düşdükdən sonra bu məsələyə razı olacaqlar”.
Hökumət başçısı bildirib ki, əlaqələr normallaşmasa, Ermənistanın inkişafına imkan verilməyəcək: "Beynəlxalq ictimaiyyət 29800 kv.km ərazini Ermənistan ərazisi kimi tanısa, region üçün sülh gələcək”.
///Report